Əsədin qaçmasına Rusiyadan reaksiya
Prezident Bəşər Əsəd Suriya ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
"Əsəd hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib", - XİN məlumatda bəyan edib.
Qeyd edək ki, "Heyət Təhrir əş-Şam" bu gün Suriya paytaxtı Dəməşqi nəzarətə götürüb və Əsəd rejiminin devrildiyini rəsmən elan edib. İraq Baş naziri Məhəmməd Qazi əl-Cəlali müxalifətlə əlaqə yaratdığını və hakimiyyəti ötürməyə hazır olduğunu bildirib.