Etibar Əsədlinin “Muğam layihəsi” adlı konserti anşlaqla keçib - VİDEO - FOTOLAR

"Sənət" Uşaq Musiqi və İncəsənət Mərkəzində beynəlxalq müsabiqələr laureatı, bəstəkar, pianoçu və cazmen Etibar Əsədlinin "Muğam layihəsi" adlı konserti keçirilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, gecədə caz ritmləri ilə ənənəvi Azərbaycan kompozisiyalarından ibarət yeni "Muğam" albomundan bəstələr səsləndirilib.

Yeni albom muğam və cazın sintezinin bütün gözəlliklərini və etnik mənsubiyyətini ortaya qoyur, Şərqlə Qərbin harmoniyasını, musiqidə dünyanın vəhdətini müəyyən edir. Etibar Əsədli caz muğam gecəsində öz triosu ilə çıxış edib: Ranto Rakotomalala (Madaqaskar, bas gitara) və Tom Peyron (Fransa, nağara).

Konsertin xüsusi qonağı Azərbaycanın Əməkdar artisti, tanınmış tarzən Şəhriyar İmanov olub.

Sənətçilərin çıxışı anşlaqla və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.