ETX saytlara girişdə çətinliklər yaşanması ilə bağlı məlumat yayıb - YENİLƏNİB

16:42

ETX saytlara girişdə çətinliklər yaşanması ilə bağlı məlumat yayıb - YENİLƏNİB
16:42

Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

meqale.com xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb.

Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.

15:45

Onlarla xəbər saytı Cloudflare-dəki qlobal nasazlıq səbəbindən çöküb.

meqale.com xəbər verir ki, bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox xəbər saytının işində ciddi fasilələr yaranıb.

Problem beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan Cloudflare-də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.

Xəbər yenilənəcək