Lahıcda geniş dayanacaq sahəsi inşa edilir

Lahıcda turist axınının idarə olunması məqsədilə yeni geniş dayanacaq sahəsi inşa edilir. 

Lahıcda geniş dayanacaq sahəsi inşa edilir
Lahıcda turist axınının idarə olunması məqsədilə yeni geniş dayanacaq sahəsi inşa edilir. 

meqale.com xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə bağlı Qoruqları İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli danışıb:

"Avtomobil girişinə qoyulan məhdudiyyətlər uzun müddətdir park problemi yaradır. Hazırda daha böyük bir dayanacaq sahəsinin tikintisi yekunlaşmaq üzrədir. Məqsəd nəqliyyat vasitələrini qoruqdan kənarda saxlamaq və piyada hərəkətini asanlaşdırmaqdır". 

Qeyd edilib ki, Basqalda uğurla tətbiq olunan ödənişsiz dayanacaq modeli Lahıcda da tətbiq olunacaq.