Əyləncə mərkəzində paranormal görüntülər: "Peyda olub yox olur" - FOTO

Novosibirskdə yerləşən Mayak əyləncə mərkəzində gecə saatlarında qəribə görüntülər qeydə alınıb.

Əyləncə mərkəzində paranormal görüntülər:
Novosibirskdə yerləşən Mayak əyləncə mərkəzində gecə saatlarında qəribə görüntülər qeydə alınıb.

meqale.com xəbər verir ki, "ChP Incident Novosibirsk" Telegram kanalının məlumatına görə, mərkəzin təhlükəsizlik işçisi hər gecə CCTV (müşahidə kameraları) vasitəsilə konsert zalında naməlum kölgə və ləkələrin göründüyünü bildirib. Qadın qeyd edib ki, bu ləkələr bəzən səhnədə peyda olub yox olur, sonra isə yenidən görünür.

Mühafizəçi əvvəlcə bu hadisələrdən narahat olsa da, zamanla bu vəziyyətə "öyrəşdiyini" deyib.

Qeyd edək ki, İngiltərədə aparılan sorğulara görə, insanların üçdə birindən çoxu ruhların və axirət həyatının mövcudluğuna inanır. The Guardian-ın məlumatına əsasən, respondentlərin 36%-i ruhlara, 29%-i axirətə, 27%-i isə digər dünya ilə əlaqə qurmağın mümkünlüyünə inanır.