Fateh Terimi "Panatinaikos"dan qovdular
"Panatinaikos" baş məşqçi Fateh Terimlə yollarını ayırıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə türkiyəli futbol mütəxəssisi özü açıqlama verib.
"Ötən axşam klub prezidenti Giannis Alafouzos ilə görüşdük və vəziyyəti dəyərləndirdik. Müzakirələr nəticəsində 2024-2025-ci mövsümü üçün planlarımızın uyğun olmadığı qənaətinə gəldik", - Terim bildirib.