Fələstinə dəstək verən Atala cəza verildi: 8 ay həbs aldı…
Fransanın "Nitsa" futbol klubunda çıxış edən Yusif Atal Fələstinə dəstək paylaşdığı üçün "dini zəmində nifrət salmaq" ittihamı ilə 8 ay şərti həbs və 45 min avro pul cəzasına məhkum edilib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, 27 yaşlı əlcəzairli futbolçu paylaşımından sonra klubu tərəfindən heyətdən müddətsiz olaraq uzaqlaşdırılıb.
Futbolçunun 10 gün ərzində hökmdən apellyasiya şikayəti verəcəyi bildirilir.