"Fənərbağça" ilə imzaladığı müqavilə şərtləri gündəm oldu
Xəbər verdiyimiz kimi, "Fənərbağça" braziliyalı ulduz futbolçu Anderson Taliska ilə müqavilə bağlayıb.
meqale.com Türkiyə mediasına istinadən xəbər verir ki, müqavilədə oyunçunun illik maaşı, biznes klas təyyarə bileti, kirayə dəstəyi və digər bir sıra detalları yer alır.
İstanbul nəhəngi uzun mübarizədən sonra oyunçunu sıralarına qata bilib.
Taliskanın müqavilə şərtləri diqqət çəkib:
Klubu "Əl Nəssr"-in alacağı transfer haqqı 15.5 milyon avro 1.5 illik müqavilə və ümumi maaş 22.5 milyon avro Xüsusi sürücü, xüsusi aşpaz və iki köməkçi 2024 model lüks VIP avtomobil Braziliyaya səfər etməsi üçün ildə bir neçə dəfə olmaqla biznes klas təyyarə bileti 400 min dollar dəyərində kirayə dəstəyi Uşaqlarının bütün təhsil xərcləri