"Fənərbağça"nın yeni baş məşqçisi sabiq "Qalatasaray"lı ola bilər
"Fənərbağça"nın yeni baş məşqçisi sabiq "Qalatasaray"lı ola bilər.
meqale.com xəbər verir ki, söhbət Arda Turandan gedir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun vitse-prezidenti Acun Ilıcalı Joze Mourinyonun əvəzinə baş məşqçi sükanı arxasına Arda Turanı gətirmək istəyir.
O, klub rəhbərliyinə hazırda "Eyüpspor"u çalışdıran 38 yaşlı mütəxəssisin namizədliyini irəli sürüb.