“Fənərbaxça”dan Mourinyoya ad günü hədiyyəsi

Türkiyə Super Liqasının XXI turunun oyunları davam edir.

“Fənərbaxça”dan Mourinyoya ad günü hədiyyəsi
Türkiyə Super Liqasının XXI turunun oyunları davam edir.

meqale.com xəbər verir ki, gecənin son matçında "Fənərbaxça" "Göztəpə"ni qonaq edib.

Meydan sahibləri ilk hissəni məğlub başa vursalar da, 2-ci hissəni öz lehinə çevirməyi bacarıb.

Görüş "sarı-lacivərdlilər"in 3:2 hesablı qələbəsi ilə nəticələnib. Meydan sahiblərinin heyətində 43 və 56-cı dəqiqələrdə Yusif En-Nesri, 55-ci dəqiqədə Oğuz Aydın fərqləniblər. 

"Göztəpə"nin qollarını 25-ci dəqiqədə Xuan, 82-ci dəqiqədə Miroşi vurub.