“Fənərbaxça” səfərdə qələbə qazanıb

Türkiyə Super Liqasında XXXIII tur davam edir.

“Fənərbaxça” səfərdə qələbə qazanıb
Türkiyə Super Liqasında XXXIII tur davam edir.

meqale.com xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.

Komanda "Qaziantep"in qonağı olub.

Matçda 4 qol vurulub. Oyunda hesabı meydan sahibləri açıb. Aleksandru Maksim fərqlənib.

Lakin İstanbul təmsilçisi ikinci yarıda üstünlüyü ələ alıb. 5 dəqiqəyə 3 top vuran "Fənərbaxça" Talişka, Edin Ceko və Fredin qolları ilə qələbə qazanıb.

Bununla da, "sarı-lacivərdlilər" "Qalatasaray"la xal fərqini yenidən 2-yə endirib.