Fərhad Həsənliyə yüksək vəzifə verildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsində yeni təyinatlar olub.

Fərhad Həsənliyə yüksək vəzifə verildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsində yeni təyinatlar olub.

meqale.com xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Əmrə əsasən, Fərhad Həsənli Baş İdarənin Məlumatlandırma idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Eyni zamanda, digər əmrlə Baş İdarənin Sənədlərlə iş və icra intizamına nəzarət şöbəsinin rəisi İmanverdi Abdullayev vəzifəsindən azad olunub. Daha bir əmrlə isə onun yerinə Elmira Əzizova təyin olunub.