Fernando Diniz vəzifəsindən azad edildi
Fernando Diniz Braziliyanın futbol üzrə milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.
meqale.com oxuya istinadən xəbər verir ki, Braziliya Futbol Konfederasiyasının rəhbəri Ednaldo Rodriges müvafiq qərarını "Fluminense"nin prezidenti Mario Bittenkura çatdırıb.
Diniz yığmanın və Braziliya klubunun baş məşqçisi vəzifələrini daşıyırdı.
Qeyd edək ki, Dinizin 49 yaşı var və 2023-cü ilin iyulunda birillik müqavilə ilə bu vəzifəyə təyin olunmuşdu. 2023-cü ildə onun rəhbərliyi altında "Fluminense" Libertadores Kubokunu qazanıb və Klublararası Dünya Çempionatının finalına yüksəlib.