FİFA dünya çempionatı ilə bağlı qərar verdi
2027-ci ildə keçiriləcək qadınlar arasında dünya çempionatının yeri bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu barədə qərar FİFA-nın 74-cü Konqresində qəbul olunub.
Mundiala Braziliya ev sahibliyi edəcək. Yarış üçün Belçika, Almaniya və Niderland da birgə sifariş versə də, FİFA çempionatı Cənubi Amerika ölkəsinə həvalə edib.