Finlandiya Rusiya ilə sərhədi açır?
Finlandiya hökuməti dekabrın 14-də Rusiya ilə sərhəddə üç keçid məntəqəsini açmaq niyyətindədir.
meqale.com news24.az-a istinadən xəbər verir ki, bu barədə "İlta-Sanomat" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya ilə sərhəddə üç ən böyük keçid məntəqəsi açılacaq. Qərar cümə axşamı gecəsi qüvvəyə minəcək.
Xatırladaq ki, vəziyyət normallaşacağı təqdirdə Finlandiya Rusiya Federasiyası ilə sərhədi mərhələli şəkildə açacağını bildirib.