Finlandiya sərhədçiləri onlara qarşı güc tətbiq ediblər
Niirala keçid məntəqəsində Finlandiya sərhədçiləri sərhədi keçmək istəyən şəxslərə qarşı güc tətbiq ediblər.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yerli "Yle" nəşri məlumat yayıb.
Qeyd olunur ki, 30-a yaxın velosipedçidən ibarət qrup sərhəd-keçid məntəqəsinə gedib. Onları dayandırmaq üçün güc tətbiq etmək lazım gəlib. Gələnlərdən biri mühafizəçilərin yanından qaçmağa çalışıb, ona görə də həmin şəxsə qaz tətbiq etmək məcburiyyəti yaranıb.
Mövcud vəziyyət sabitləşdikdən sonra sərhədçilər insanları bir-bir sərhəddən keçirməyə başlayıblar.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun