"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi oldu

"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi "Maklaren"in pilotu Lando Norris olub.

"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi "Maklaren"in pilotu Lando Norris olub.

meqale.com xəbər verir ki, Melbrunda baş tutan yarışda ingiltərəli pilot 1 dəqiqə 27,126 saniyə fərqlə finişə hamıdan tez çatıb.

İkinci yeri "Red Bull"dan niderlandlı Maks Ferstappen tutubsa, "Mersedes" komandasından Corc Rassel üçüncü olub.

6 pilot - Qabriel Bortoleto ("Sauber"). Liam Louson ("Red Bull"), Fernando Alonso ("Aston Martin"), İsak Hacar ("Racing Bulls"), Cek Duen ("Alpine") və Karlos Sayns ("Uilyams") isə yağışlı hava şəraitinə görə finişə çata bilməyib.