Fransada etiraz aksiyaları keçirilir - 500-ə yaxın şəxs saxlanıldı - YENİLƏNİB - VİDEO
00:18 Fransada "Hamını bloklayaq!" şüarı altında keçirilən kütləvi etirazlar zamanı polis 473 nəfəri saxlayıb.
APA xəbər verir ki, bu barədə BFMTV telekanalı Fransanın Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Nazirliyin məlumatına görə, saxlanılanlardan 339 nəfər həbs olunub.
Etirazçılarla toqquşmalar zamanı 13 polis əməkdaşı yüngül xəsarət alıb.
--------- 14:35 Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 200 nəfər saxlanılıb.
meqale.com xəbər verir ki, bu barədə açıqlamasında ölkənin daxili işlər naziri məlumat verib.
Məlumata görə, Lion şəhərində etirazçılarla polis arasında qarşıdurma yaşanıb və hüquq-mühafizə orqanlarına hücum edilib.
------
13:25
Fransada hökumətin iqtisadi siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilir
meqale.com xəbər verir ki, Parisdə nümayişçilər Place de la Nation meydanına çıxaraq zibilləri yandırıblar.
Makronun siyasətindən narazı olan ölkə sakinləri bir anda bir neçə böyük şəhərdə küçələrə çıxıb.
Marselin mərkəzində isə yüzlərlə insan toplaşıb, küçələri zibil qutuları ilə bağlayıb.
Marseldə küçələr bloklanıb, Tuluza ərazisində qatar hərəkəti dayandırılıb.
Aksiyadan görüntüləri təqdim edirik: