Fransızlar Durovun telefonunu necə sındırıb? – Şok əməliyyat
2017-ci ildə fransız casusları BƏƏ ilə birlikdə İŞİD-in silahlıları cəlb etmək üçün Teleqramdan istifadə edə biləcəyindən qorxaraq, Pavel Durovun mobil telefonunu sındırmaq üçün əməliyyat keçirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Uoll Strit Jurnal" mənbələrə istinadla məlumat yayıb.
"2017-ci ildə, Makronla görüşdən bir il əvvəl fransız casusları Durovu Birləşmiş Ərəb Əmirlikləri ilə birgə əməliyyatda hədəfə aldılar və onun Ayfonu sındırıldı", - məlumatda bildirilib.
Nəşrin məlumatına görə, casus əməliyyatı "Bənövşəyi musiqi" adı almışdı.