Selçuk Bayraktar Müstəqillik Günü münasibətilə paylaşım edib

Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

Selçuk Bayraktar Müstəqillik Günü münasibətilə paylaşım edib
Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə S.Bayraktar "X" sosial media hesabında qeyd edib.

"Bir dəfə yüksələn bayraq bir daha enməz. Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda 28 May - Müstəqillik Günü qeyd edilir.

1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.