Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Aşiqi-sadiq mənəm” adlı ədəbi-bədii gecə keçirilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş "Aşiqi-sadiq mənəm" adlı ədəbi-bədii gecə keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri Firudin Qurbansoy, Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyi yanında Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir və şairə Mahcamal çıxış ediblər. Çıxışlarda dahi Füzulinin yaradıcılığından, onun zəngin ədəbi irsindən, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafına təsirindən söz açıblar. Füzulinin Azərbaycan xalqının mənəviyyatının ən böyük rəmzlərindən biri olduğuna diqqət çəkilərək, Füzuli qəzəlləri və muğam mövzusunda düşüncələrini bölüşüblər. Qeyd edilib ki, Füzuli qəzəlləri sözdə həkk olunmuş bir musiqi olduğuna görə Azərbaycan bəstəkarlarının böyük qismi bu poeziyaya mütəmadi müraciət ediblər. Bildirilib ki, Füzuli poeziyasında o dövrün musiqi alətlərinə və musiqi terminlərinə rast gəlirik. Bu alətlərdən ney, cəng, ud, qopuz, musiqar, nəfir, tənbur, setar, qanun və başqa bir çox musiqi alətlərinin adları bu və ya digər obrazla, təşbihlə, fəlsəfi fikirlə, estetik təsirlə əlaqədər çəkilir. 