Gəlinini döyən qayınana cəzalandırıldı

Tovuzda gəlinini döyən qayınana cərimələnib.

Gəlinini döyən qayınana cəzalandırıldı
Tovuzda gəlinini döyən qayınana cərimələnib.

meqale.com lente istinadla xəbər verir ki, hadisə rayonun Qaradaş kəndində qeydə alınıb.

45 yaşlı Mətanət Əzimova (ad və soyad şərtidir) yaşadıqları evdə yaranmış mübahisə zamanı əli ilə gəlinini itələyib və vurub. O, əməlindən peşman olduğunu deyib və məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Zərərçəkən qadın isə qayınanası ilə barışmaq niyyətində olmadığını deyərək, onun cərimələnməsini istəyib.

Hadisə barədə Mətanət Əzimova barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.