“Zirə”dən qələbə, “Araz-Naxçıvan” - “Turan Tovuz” matçında heç-heçə
Misli Premyer Liqasında 12-ci tur davam edir.
meqale.com xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq yekunlaşıb.
"Araz-Naxçıvan" Sumqayıtda "Turan Tovuz"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün digər görüşündə isə "Zirə" "Qəbələ"ni sınağa çəkib. Paytaxt klubu qələbə qazanaraq 3 xalı hesabına yazıb və 23 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Qəbələ" isə "Karvan-Yevlax"la birgə 5 xalla 11-12-ci yerləri bölüşdürür.
22 noyabr (şənbə)
17:30. "Zirə" - "Qəbələ" - 1:0
Qol: Ruan Renato, 45+3-pen. Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev VAR: Nicat İsmayıllı AVAR: Vüsal Məmmədov Zirə İdman Kompleksinin stadionu
15:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" - 1:1
Qol: Ba-Muaka Simakala, 21 (1:0), Ayxan Hüseynov, 78 (1:1) Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Emin Əliyev VAR: Rəşad Əhmədov AVAR: Vüqar Həsənli M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
23 noyabr (bazar)
15:00. "Sabah" - "Şamaxı"
17:30. "Neftçi" - "İmişli"
21 noyabr (cümə)
"Karvan-Yevlax" - "Kəpəz" - 1:2
"Sumqayıt" - "Qarabağ" - 2:4