Gəncədə evdə yanmış qadın meyiti tapıldı

Gəncə şəhərində ümumi sahəsi 15 m² olan birmərtəbəli 1 otaqlı evdə əşyalar 10 m² sahədə yanıb.

Gəncədə evdə yanmış qadın meyiti tapıldı
Gəncə şəhərində ümumi sahəsi 15 m² olan birmərtəbəli 1 otaqlı evdə əşyalar 10 m² sahədə yanıb.

FHN-dən meqale.com-a verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

XXX

Gəncədə yanğın hadisəsi baş verib.

meqale.com xəbər verir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb. Qəsəbədə olan fərdi yaşayış evində yanğın olub.

Hadisə yerindən 1947-ci il təvəllüdlü Tatyana Naydyonovanın yanmış meyiti tapılıb.