Gəncədə oğru ev sahibini bıçaqladı
Gəncədə fərdi yaşayış evinə oğurluq məqsədilə gələn şəxslər ev sahibi 52 yaşlı Qayday İbrahimova qolundan xəsarət yetiriblər.
Zərərçəkənin həyat yoldaşının sözlərinə görə, evdə daha əvvəl 2 dəfə oğurluq hadisəsi törədilib.
Çağırılmamış qonağın növbəti dəfə gələcəyini ehtimal edən ev sahibi onlardan qorunmaq üçün yanında taxta parçası saxlayırmış.
"Qardaşımın evindən 3 il əvvəl də oğurluq olmuşdu. Polis əməkdaşlarına müraciət edilmişdi, lakin buna baxmayaraq, yenidən eyni hadisə yaşandı. Çox xahiş edirəm, bu işə baxılsın, belə olmaz. Bu, 3-cü oğurluqdur, təxminən 2500-3000 manat dəyərində qızılları itirmişik", − zərərçəkənin qardaşı deyib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hazırda məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.