Görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama - YENİLƏNİB

19:40 Xəbər verdiyimiz kimi, üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayılıb.

Görüntüsü yayılan Rəşad Dağlının səhhəti ilə bağlı açıqlama - YENİLƏNİB
19:40 Xəbər verdiyimiz kimi, üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayılıb.

"Unikal" xəbər verir ki, meyxanaçının görüntüsü yayıldıqdan sonra onun səhhəti ilə bağlı gəzən söz-söhbətlərlə bağlı ailəsi açıqlama verib. 

"Yayılan video ilə bağlı çoxsaylı zənglər gəlir. Şairin səhhəti yaxşıdır. Narahatlığa heç bir əsas yoxdur. Sağlamlıqla əlaqədar həkim məsləhəti ilə pəhriz saxlayır, idman edir və çəki atır. Videodakı görüntü tam reallığı əks etdirmir. Fondakı işığa görə saçları elə görünür", - deyə R.Dağlının ailəsinin açıqlamasında bildirilir. 

Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib.

------------ 00:53 Meyxanaçı Rəşad Dağlının sosial şəbəkələrdə yayılan görüntüsü müzakirə obyektinə çevrilib.

meqale.com Bakupost.az-a istinadən xəbər verir ki, "Tik-tok" platformasında paylaşılan videoda Rəşad Dağlının çəki atdığı, saçlarının daha da bəyazlaşdığı əks olunub.

Videoya şərh yazan sosial şəbəkə istifadəçiləri heyrətlərini ifadə edərək, onun "bu vəziyyət"inə təəssüfləndiklərini bildiriblər.

İstifadəçilər "zindan həyatı"nın meyxanaçının saçlarını ağartdığını qeyd ediblər.