Güclü külək Qubanın dağ kəndində fəsadlar törədib - FOTO

Bu gün müşahidə edilən güclü külək Quba rayonunun ucqar dağ kəndi olan Aydınkənddə bir sıra fəsadlar törədib.

Güclü külək Qubanın dağ kəndində fəsadlar törədib - FOTO
Bu gün müşahidə edilən güclü külək Quba rayonunun ucqar dağ kəndi olan Aydınkənddə bir sıra fəsadlar törədib.

meqale.com APA-ya istinadən xəbər verir ki, iki fərdi yaşayış evinin dam örtüyü uçub.

Eyni zamanda bir neçə yardımçı tikililərə və tövlələrə ziyan dəyib.

Hazırda dəyən ziyan araşdırılır və fəsadların aradan qaldırılması üçün işlər görülür.