Gülnaz İsmayılovanın və onun tələbələrinin opera sənəti bayramında Azərbaycan irsi – VİDEO - FOTO

Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin "Belcanto" konsert zalında Azərbaycanın Xalq artisti, professor Gülnaz İsmayılovanın və onun tələbələrinin iştirakı ilə "İrs" adlı konsert proqramı təqdim olub. Konsert Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalı çərçivəsində keçirilib. 

Açılışda Gülnaz İsmayılova festivalın opera sənətinin inkişafı və təbliğində əhəmiyyətini qeyd edərək, gənc istedadların yetişdirilməsinin və onlara yaradıcılığını reallaşdırmaq üçün geniş imkanların vacibliyini vurğulayıb.