Qaz limitini keçən abonentlərin sayı açıqlandı
Abonentlərin 46 faizə yaxını aşağı qaz limitini aşıb.
meqale.com xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, 2025-ci ilin 11 ayı ərzində 1 449 467 abonent aşağı tariflə (54,4%), 970 083 abonent 22 qəpik tariflə (36,4%), 243 884 abonent isə yüksək tariflə (9,2%) təbii qazdan istifadə edib.