Gürcüstanın Baş prokuroru istefa verdi
Gürcüstanın Baş prokuroru İrakli Şotadze istefa verib.
meqale.com report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror rəsmi sosial şəbəkə səhifəsində yazıb.
O bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir: "Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm".