Həmin restoran nöqsanlara görə cərimələnibmiş

Yasamaldakı çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğında ittiham olunan "Loft" restoranında bir müddət əvvəl yanğın təhlükəsizliyi pozulubmuş.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, sakinlərdən birinin müraciətindən sonra aparılan araşdırma nəticəsində restoranda havalandırma sisteminin norma və tələblərə uyğun quraşdırılmadığı müəyyən edilib.

Həmin vaxt Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən obyektin cavabdeh şəxsi inzibati məsuliyyətə cəlb edilib, aşkar edilmiş nöqsanların aradan qaldırılması tapşırılıb.

İndi isə iddia olunur ki, ötən həftə baş verən yanğın binanın aşağısında yerləşən kafedən keçən şaxtanın zədələnməsi səbəbindən baş verib.

Sakinlərdən bəziləri iddia edir ki, hadisə vaxtı yanğın olmayıb, binanın şaxtasından güclü tüstü yayılıb və tikilinin dəhlizlərini bürüyüb. Bina sakini jurnalist Heydər Mirzənin sözlərinə görə, həmin kafe binanın qarajının bir hissəsini zəbt edib, həmçinin əxlaqsızlıq yuvası kimi də fəaliyyət göstərib. O, məsələ ilə bağlı bir müddət əvvəl məhkəməyə müraciət etdiklərini də vurğulayıb.