“Hər şey Ukraynanın verəcəyi qərardan asılıdır” - Pentaqon
"Ukrayna Rusiya ilə nə zaman sülh danışıqlarına başlayacağı, hansı şərtləri qəbul edib-etməyəcəyi ilə bağlı qərar verir".
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.
Ostin bildirib ki, hər şey Ukraynanın verəcəyi qərardan asılıdır:
"Onların etməli olduqları digər şey Krıma əlavə təzyiq göstərməkdir".