Hərbi anbardan 3 "Humvee" avtomobili oğurlandı
Naməlum şəxslər Kaliforniya ştatının Tustin şəhərində ABŞ ordusunun anbarına daxil olaraq üç "Humvee" və digər hərbi texnikanı oğurlayıblar.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsinin "Facebook" səhifəsində yerləşdirilən məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayəti törədən şəxslər üç avtomobildən əlavə səkkiz ədəd maşına quraşdırılmış pulemyot dayağı, tibbi avadanlıq, 40 cüt durbin, 18 süngü oğurlayıblar.