Ebrunun keçmiş əri həbs olundu

Məşhur müğənni Ebru Gündeşin cəmi bir neçə ay əvvəl boşandığı keçmiş həyat yoldaşı, iş adamı Murad Özdəmirin həbs olunduğu iddia edilir. O, Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayət qruplaşmasına üzv olmaqda ittiham olunur.

meqale.com-ın Türkiyə mediasına istinadən məlumatına görə, Murad Özdəmir mütəşəkkil cinayətkar dəstənin fəaliyyətində iştirak etməkdə günahlandırılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Özdəmir hələ bu ilin avqust ayında da eyni cinayət işi ("Səlahəddin Yılmaz cinayət qruplaşması") çərçivəsində saxlanılmış, lakin ifadə verdikdən sonra sərbəst buraxılmışdı.

İddialara görə, Murad Özdəmir cinayətkar dəstə rəhbərindən aldığı tapşırıqlar əsasında bəzi mütəşəkkil sənaye zonalarına təzyiq göstərməkdə və bu yolla qanunsuz qazanc əldə etməkdə şübhəli bilinir.

Ebru Gündeş dördüncü həyat yoldaşı Murad Osman Özdəmir ilə 2024-cü ilin fevralında Dubayda evlənmişdi. Lakin cütlüyün münasibəti uzun sürməmiş və onlar 27 sentyabr 2025-ci ildə qarşılıqlı razılaşma yolu ilə bir məhkəmə iclasında rəsmən boşanmışdılar.