Hindistanda DƏHŞƏTLİ QƏZA: 9 ölü, 22 yaralı var
Hindistanın Çhattisqarh ştatında baş verən yol qəzası nəticəsində 9 nəfər ölüb, 22 nəfər yaralanıb.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Məlumata görə, furqonlu avtomobilin yük maşını ilə toqquşması nəticəsində 3 uşaq və 6 qadın ölüb. Yeddi nəfərin vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.