Hindistanda torpaq sürüşməsi olub: 26 ölü

Hindistanda intensiv yağışdan sonra torpaq sürüşməsi baş verib.

Hindistanda torpaq sürüşməsi olub: 26 ölü
Hindistanda intensiv yağışdan sonra torpaq sürüşməsi baş verib.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Maharaştra ştatında olub.

Təbiət hadisəsi 26 nəfərin həyatına son qoyub.

Yüzlərlə insanın hələ də torpaq kütləsinin altında qalmasından narahat olduqlarını qeyd edən səlahiyyətlilər, axtarış-xilasetmə işlərinə leysan yağış və relyefin əngəl törətdiyini bildirib.

Sürüşmənin təsirinə məruz qalan təxminən 17 evin olduğu və bir çox ailənin təhlükəsiz ərazilərə köçürüldüyü də bildirilib.