Hizbullah İsrail ərazisinə kütləvi zərbələr endirir
Hizbullah qüvvələri İsrailin Yuxarı Qaliley bölgəsindəki yaşayış məntəqələrinə kütləvi raket zərbələri endiriblər.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Mayadin" məlumat yayıb.
Bildirilib ki, təkcə Marqaliot qəsəbəsinə reaktiv raket sistemlərindən 30-dan çox zərbə endirilib.
Hücum zamanı Kiryat-Şmon şəhərində elektrik enerjisinin kəsildiyi bildirilib.
Ölən və yaralananlar barədə məlumat yoxdur.