Husilər ABŞ gəmisinə yenidən zərbə endirdilər - yenilənib

08:28 Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə Birləşmiş Ştatların "USS Harry Truman" təyyarədaşıyan gəmisinə ikinci dəfə zərbə endiriblər.

Bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

"Bir neçə saat davam edən hücumda bir neçə ballistik və qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilib", - məlumatda deyilir.

------------ 22:28 Husilər ABŞ-nin Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizin şimalında Birləşmiş Ştatlara məxsus "USS Harry Truman" təyyarədaşıyan gəmisinə hücum edib.

meqale.com xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariya "Al Masirah" telekanalına bildirib.

"ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisi və onu müşayiət edən gəmilər Qırmızı dənizin şimalında 18 ballistik və qanadlı raket, o cümlədən PUA hücumuna məruz qalıb", - Sariya qeyd edib.