"İftar menyusu"nda bu gün bunlar var

meqale.com axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:

meqale.com axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:

Toskana lobya şorbası

Ərzaq: 4 x.q. zeytun yağı (kərə yağı da istifadə edə bilərsiniz) 1 soğan (doğranmış) 2 kök (halqa-halqa doğranmış) 3 diş sarımsaq 2 kərəviz çubuqları (nazik-nazik doğranmış) 1 st. quru qırmızı və ya ağ lobya (bişirilmiş) 1 x.q. tomat (tomat yerinə qırmızı bibər pastası da istifadə edə bilərsiniz) 400 qr. pomidor Bir dəstə ispanaq , azca qurudulmuş kəklikotu 2 st. ət və ya toyuq bulyonu 2 st. su 4-6 dilim çörək Zövqə görə duz və qara istiot Üzərinə səpmək üçün biraz parmezan pendiri

Hazırlanması:

Yağı bir qazanda qızdırın, içərisinə doğranmış soğan və kökləri tökün, vam xodda təxminən 10 dəqiqə qarışdıra-qarışdıra bişirin, soğan və köklər qızarmamalı, sadəcə yumşalmalıdırlar, üzərinə 2 diş sarımsağı doğrayıb tökün, pomidorları soyub, xırda doğrayıb tökün və tomat və doğranmış kərəviz çubuqlarını əlavə edin. Bulyonu və suyu, zövqə görə duzu və qara istiotu əlavə edin. Lobyaların yarısını çəngəllə əzib, şorbanın içinə əlavə edin. Təxminən 30 dəq. ağzıqapalı bişirin. Doğranmış ispanaq və ya pazını, lobyaların geri qalanını və kəklikotunu əlavə edib, ağzıqapalı bişirin. Çörək dilimlərinə bölünmüş sarımsağı sürtün və qızarması üçün sobaya qoyun. Şorbanız hazır olduqdan sonra boşqablara çəkib, üzərinə çörək dilimini qoyub, bir qədər də pendir rəndədən keçirib üzərinə töküb servis edə bilərsiniz.

Çiyələk peçenyesi

Ərzaq:

125 qram marqarin (otaq temperaturunda) Yarım çay qaşığı yağ 1 xörək qaşığı şəkər tozu 1 paket çiyələk tozu pudingi 2 stəkan qarğıdalı nişastası 2 stəkan un 1 yumurta 1 paket qabartma tozu

Üzəri üçün: Şokolad

Hazırlanması: Un və qabartma tozu xaricindəki digər maddələr qarışdırıcı qaba alınır və hərtərəfli qarışdırılır. Sonda un və qabartma tozu əlavə olunur və yumşaq xəmir alınır. Qoz ölçüsündə parçalar kəsilir və yuvarlanır. İstəsəniz, bıçağın arxası ilə artı bir forma düzəldilir və bişdikdən sonra şokoladla bəzədilir. 

İmambayıldı

Ərzaqlar: 5 ədəd saplı badımcan 3 soğan 8 diş sarımsaq 4 pomidor 4 yaşıl bibər 1 çay stəkan zeytun yağı 2 çay qaşığı şəkər tozu 2 stəkan qaynar su 1 çay qaşığı duz 1 çay qaşığı qara bibər

Badımcanları qızartmaq üçün: 2 stəkan günəbaxan yağı

Sous üçün: 1 pomidor 1 çay qaşığı tomat pastası 3 xörək qaşığı zeytun yağı