İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı
AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, U-10 liqasında yer alan "Xətai" və U-11 liqasında mübarizə aparan "Qoşqar" mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.
"Xətai" "Zirə" ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi "Qoşqar"ın isə "Gəncəvi" ilə qarşılaşmada heyətində yetərsay olmayıb.