İndiyədək amnistiya aktının tətbiq olunduğu məhkumların sayı açıqlanıb

Amnistiya Qərarı 22 dekabr 2025-ci il tarixindən 7 yanvar 2026-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3 846 məhkum barəsində tətbiq olunub.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.

250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.

Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.

Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3 625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.

Qeyd edilib ki, amnistiya aktının icrası davam etdirilir.