İndiyədək məlum olmayan sirli elektropikap görüntüləndi - FOTO
Əvvəllər məlum olmayan və evakuatorla daşınan pikapın fotoşəkli ortaya çıxıb.
meqale.com xəbər verir ki, sözügedən foto "Reddit" platformasında yayılıb.
Təsdiqlənməmiş məlumatlara görə, bu avtomobil 2022-ci ildə yaradılmış "Slate Auto" startapının ilk modelidir.
Məlumata əsasən, startap müxtəlif investorlar, o cümlədən "Amazon"un qurucusu, milyarder və dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos tərəfindən maliyyələşdirilir.