İqor Ponomaryov: “MOİK qalib gəlsəydi, daha yaxşı olardı”
"Bu bayramdır, biz Xankəndindəyik. Prezidentin dediyi kimi, öz torpağımızdayıq. Yaşasın Qarabağ! Bu, əlbəttə ki, superdir".
Bunu İdman.bizə futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, "Sabah"ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov Xankəndində keçirilən tarixi "Qarabağ" - MOİK oyununu dəyərləndirərkən deyib.