İranda alpinistlər qar uçqununun altında qaldı
İranda 5 alpinist qar uçqunu altında qalıb.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru məlumat verib. "Bu gün Aşnoyedə 5 alpinist qar uçqunu altında qalıb. Dərhal hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 xilasetmə qrupu göndərilib", - o qeyd edib.
Qeyd edək ki, hazırda İranın bir sıra vilayətlərində güclü qar müşahidə olunur.