İraq xarici hərbi qüvvələri ölkədən çıxarır

İraq xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına başlayır.

İraq xarici hərbi qüvvələri ölkədən çıxarır
İraq xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına başlayır.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani açıqlayıb. 

Məlumata görə, bu barədə qərar İranyönümlü "Hizbullah əl-Nucaba" hərəkatının səhra komandiri Müştaq Cavad Qasim əl-Cəvarinin Bağdadda ABŞ hərbçilərinin zərbələri nəticəsində ölməsindən sonra verilib. 

Pentaqon öz növbəsində dünən Bağdadda endirilən bu hücuma görə məsuliyyəti üzərinə götürüb və bildirib ki, sözügedən komandir amerikalı hərbçilərə qarşı hücumun planlaşdırılmasında iştirak edib.