İrəvanda etiraz - 151 nəfər saxlanıldı - YENİLƏNİB - VİDEO
11:21
İrəvanda keçirilən etiraz aksiyalarında saxlanılanların sayı 151-ə çatıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
---------- 10:54
Ermənistanda 134 nəfər müxtəlif polis bölmələrinə gətirilib.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Armeniya"ya ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, adları çəkilən bütün vətəndaşlar dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.
---------- 09:35 Bu gün səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb.
Bir qrup etirazçı paytaxtda yollar bağlamağa başlayıblar.