İsmayıl Vəliyev azadlığa buraxıldı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

İsmayıl Vəliyev azadlığa buraxıldı
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.