Rusiyada azərbaycanlılara məxsus daha bir kafe sökülür - FOTO

Yekaterinburqda azərbaycanlılara məxsus məkanlardan biri olan "Kaspiy" kafesinin söküntüsünə başlanılıb.

Rusiyada azərbaycanlılara məxsus daha bir kafe sökülür - FOTO
Yekaterinburqda azərbaycanlılara məxsus məkanlardan biri olan "Kaspiy" kafesinin söküntüsünə başlanılıb.

meqale.com xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb. Məlumata görə, söküntü ilə bağlı açıqlamanı Yekaterinburq şəhərinin İctimai Palatasının üzvü Dmitri Çukreyev verib.

Qeyd edək ki, sözügedən kafe bu ilin yayında Yekaterinburqda Azərbaycan vətəndaşlarının kütləvi saxlanılmasından sonra polis tərəfindən döyülmə nəticəsində həyatını itirən Hüseyn və Ziyaddin Səfərovlara məxsus olub.

"Kaspiy" kafesi uzun müddət Yekaterinburqda yaşayan azərbaycanlıların bir araya gəldiyi məkan kimi tanınırdı.

Hadisə ilə bağlı əlavə rəsmi açıqlama verilməyib.