Gürcüstandan 63 nəfər deportasiya edildi - Aralarında azərbaycanlılar da var

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər 63 xarici vətəndaşı ölkədən deportasiya ediblər.

meqale.com-ın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin "Facebook" hesabında paylaşım edilib.

Məlumata görə, Miqrasiya İdarəsinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində 63 ölkə vətəndaşı ölkədən deportasiya edilib ki, bu ölkələr arasında Türkiyə, Hindistan, Çin, Rusiya, Nigeriya, Türkmənistan, İordaniya, İraq, Pakistan, Misir, Qazaxıstan, Azərbaycan, Burundi, Zambiya, Səudiyyə Ərəbistanı və Sudan da var.

Həmçinin qeyd edilib ki, bu il Gürcüstandan çıxarılanların ümumi sayı 1 302 nəfərə çatıb.