İsmayıllıda traktor yanıb

İsmayıllı rayonunda traktor yanıb.

İsmayıllıda traktor yanıb
İsmayıllı rayonunda traktor yanıb.

Fövqəladə Hallar Nazirliyindən meqale.com-a verilən məlumata görə, rayonun Gəraybəyli kəndində "Belarus" markalı traktorun qoşqusunun 4 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 0,5 tonu yanıb. Qoşqunun və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.